Çin Gömrük İdarəsinin məlumatlarına görə, aprel ayında Çinin ixracatında sürpriz şəkildə artım müşahidə edilib.
SPACE TV xəbər verir ki, aprel ayında ixracat keçən ilin eyni dövrünə nisbətən 3,5% artıb. İqtisadçılar Çinin ixracatında aprel ayında 15% azalma müşahidə ediləcəyini təxmin etmişdilər. Mart ayında ixracat 6,6% azalmışdı.
Aprel ayında idxal üzrə proqnoz 11,2% olsa da, 14,2% azalma olub. Mart ayında bu azalma sadəcə 0,9% idi.
Koronavirusun yarandığı ölkə olan Çində 2020-ci ilin ilk 4 ayında ixracatdakı azalma 6,8% olub. Aprel ayında ölkənin xarici ticarətində 4,34 milyard gəlir olub. Gözləntilər isə 6,35 milyard idi.