Çin ilk günəş zondunu buraxacaq

  • Space TV
  • 22 Yanvar 2021 10:14

Çin 2022-ci ilin birinci yarısında ilk ASO-S günəş zondunu işə salmağı planlaşdırır.

Bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb.

1000 kiloqram ağırlığında olan cihaz azı dörd il işləyəcək. Zond Yerdən 720 km yüksəklikdə günəş sinxron orbitində olacaq və məlumat toplayacaq. Zondun əsas vəzifəsi günəşin maqnit sahəsini, eləcə də alovlarını və tacından səpələnən kütləni müşahidə etmək olacaq.

Dünyada 1960-cı illərdən bəri Günəşi müşahidə etmək üçün ümumilikdə 70-dən çox müxtəlif peyk buraxılıb.

Paylaş

 Xəbəriniz olsun