Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin

  • Space TV
  • 25 Noyabr 2020 10:13

Çin hökuməti doğum nisbətinin azaldılması siyasətini korrektə etməyə qərar verib.

Spacetv.az xəbər verir ki, bu barədə “China Daily” xəbər yayıb.

Bildirilir ki, millətin qocalmasına və işçi qüvvəsinin azalmasına qarşı mübarizə çərçivəsində ölkə vətəndaşlarından daha çox uşaq dünyaya gətirmək istəniləcək.

Hazırda mütəxəssislər əvvəlki siyasətin yumşaldılmasını müzakirə edirlər. Xüsusən ailələrdə üç uşağa icazə verilməsinin mümkünlüyü, ya da doğum məhdudiyyəti siyasətinin tamamlilə ləğv edilməsi məsələsinə baxılır.

Paylaş

 Xəbəriniz olsun