Çin hərbçilərini Qafqaza göndərir

  • Space TV
  • 10 Sentyabr 2020 14:06

Çin hərbçiləri Rusiya ərazisində keçiriləcək “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Rusiya ilə Çin arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Çin Silahlı Qüvvələri şəxsi heyətini 21-26 sentyabr tarixlərində keçiriləcək “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak üçün Həştərxan əylalətinə göndərəcək”, – nazirlikdən bildirilib.

Paylaş

 Xəbəriniz olsun