Çin gömrüyündə güclü partlayış baş verib

  • Space TV
  • 14 Yanvar 2021 14:56

Çinin şimalında Tianjin şəhərində xüsusi gömrük zonası ərazisində güclü partlayış baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər verib.

Hadisə TWC avtomobil komponentlərinin tədarükçüsünün olduğu yerdə baş verib.

Partlayış nəticəsində azı bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, partlayışın səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun