Çin alimlərindən ŞOK AÇIQLAMA: Yeni virus yayılır, epidemiyaya çevrilə bilər

  • SpaceTV
  • 30 İyun 2020 12:15

Yeni növ koronavirus davam edərkən Çin alimlərindən qorxunc bir açıqlama gəlib.

space tv xəbər verir ki, Çin alimləri bütün dünyada epidemiya şəklində yayılma ehtimalı olan yeni bir virus təsbit ediblər. Donuzlarda kəşf edilən virusun insanlara da keçdiyi bildirilib. Alimlər virusun mutasiyaya uğrayaraq sürətlə yayıla biləcəyindən qorxduqlarını deyiblər.

İngiltərənin Nottingem Universitetindən Kin Kov Çanq yeni virusun hələki böyük bir təhdid olmadığını, lakin yaxından araşdırılmalı olduğunu qeyd edib.

Qeyd edək ki, ilk donuz qrupi virusu 2009-cu ildə Meksikada yaranmışdı.

Paylaş

 Xəbəriniz olsun