Çin ABŞ-la münasibətlərin pozulmasına səbəb kimi Trampı göstərdi

  • Space TV
  • 22 Fevral 2021 14:39

Çinin Xarici İşlər naziri Van İ ölkəsinin ABŞ-la münasibətlərinin pisləşməsinə Donald Tramp administrasiyasının fəaliyyətlərinin səbəb olduğunu bildirib.

Spacetv.az xəbər verir ki, bu barədə TASS yazıb.

“Son bir neçə ildə Çin və ABŞ münasibətləri normal məcrasından çıxıb. Diplomatik münasibətlərin yaradılmasından bu yana ən ciddi çətinliklə üzləşilib”, – deyə XİN rəhbəri bildirib.

O qeyd edib ki, Çinə təzyiq göstərmək üçün tətbiq olunan addımlar ikitərəfli münasibətlərə ciddi zərbə endirib.

Paylaş

 Xəbəriniz olsun