Çinə səfər etmiş Rusiya vətəndaşı karantinə alındı

  • Space TV
  • 1 Fevral 2020 12:05

Artıq bir neçə gündür ki, dünyanı cənginə almış koronovirus təhlükəsi ilə bağlı heydər əliyev beynəlxalq hava limanında xaricdən gələn bütün turistlərin tibbi müayinədən keçirilməsi üçün həkim briqadaları fəaliyyət göstərir. Gömrük Komitəsinin əməkdaşları tərəfindən   termovizr avadanlıqları vasitəsi ilə sərnişinlərin hərərarəti yoxlanılır. Şübhəli şəxslər xüsusi nəzarətə götürülür.

Viktoriya Koptimoviç bu gün Rusiyadan Azərbayacan 15 günlük istirahətə gəlib.Təyyarədən enən zaman sərhəd xidmətinin əməkdaşları tərəfindən tibbi müayinəyə dəvət olunan rusiyalı turistin hərarətinin yüksək olduğu müəyyən edilib.

Xəstə tibbi müayinədən keçdikdən sonra dərhal gömrük əməkdaşları və Səhiyyə Nazirliyinin xüsusi həkim  briqadasının müşaiyətilə  Ağciyər institutuna   yola salındı.

15 ildir ailəsi ilə birlikdə  Çinin Şanxay şəhərində yaşayan Samir Zamanov koronovirus təhlükəsi ilə bağlı bu ölkəni tərk etmək məcburiyyətində qaldığını deyir..Şanxaydan bu gün  Bakıya qayıdan Samirin sözlərinə görə artıq çinin bütün əyalətlərində  koronovirusa yoluxma halları qeydə alınıb

Bəs hava limanında sərnişinlərin tibbi müayinəsi hansı qaydalarla həyata keçirilir?

Artıq koronovirusdan çində ölənlərin sayı 200-ə yaxınlaşıb. Ancaq virusla bağlı sevindirici xəbər də var. 130 nəfər bu ölümcül xəstəlikdən canını qurtara bilib.

RƏŞAD VƏKİLOGLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun