Çimərliklər yeni qaydalarla işləyəcək

  • SpaceTV
  • 27 May 2020 16:40

Çimərlik mövsümü başlamasa da artıq Xəzər dənizinin sahil boyu bütün istirahət mərkələrində hazırlıq işlərinə başlanılıb. Bəzi  istirahət mərkəzlərinə və çimərliklərə isə artıq istirahətə gələnlər də var. Bəs karantin dövründə fəaliyyətlərinə icazə verilən çimərliklər, üzgüçülük hovuzları və akvaparklar əvvəlki qaydada fəaliyyət göstərəcək?

Nazirlər Kabineti qərarı ilə çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiqləyib. Belə ki,üzgüçülük hovuzları və akvaparkların girişlərində  termometriya təmin edilməli, hər hansı xəstəlik simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalı, həmçinin fiziki məsafənin qorunması  məqsədilə  istirahət  çətirlərinin  arasında  minimal  məsafə 4 metr , ailə üzvləri istisna olmaq şərtilə digər insanlar arası fiziki məsafə 2 metr olmalıdır. 

İstirahət mərkəzlərinin fəaliyyət planına bundan başqa mümkün olan ərazilərdə, döşəmədə  işarələrin  yerləşdirilməsi,  sanitar  qovşaq, soyunub-geyinmə otaqları  sanitar gigiyenik qaydalara  uyğun, işlək və təmiz vəziyyətdə saxlanılmaqla bu kimi yerlərdə  mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır.

İstirahət məkanları və bura gələnlər üçün tətbiq olunacaq yeniliklər bununla da kifayətlənmir. Baş çəkdiyimiz istirahət mərkəzlərindən bildirdilər ki, yeni qaydalardan xəbərdar olsalar da hələlik bununla bağlı heç bir göstəriş almayıblar.

Məlumat üçün bildirək ki, çimərlik mövsümünün açılması gələn ayın ilk günlərinə nəzərdə tutulur.   çimərliklərə  istirahət üçün üz tutanlar  bilməlidirlər bu ilki çimərlik mövsümü pandemiya dövrünü əhatə etdiyi üçün  qaydalara və tövsiyələrə riayət etməyənlər istirahət məkanlarına buraxılmayacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun