ÇİMƏRLİKLƏR FƏALİYYƏTƏ BAŞLADI-VİDEO

  • SpaceTV
  • 6 Avqust 2020 11:53

COVİD-19 virusunun sürətlə yayıldığını nəzərə alan hökumət pandemiya dövründə  tətbiq olunan qadağalara  çimərliklərin fəaliyyətinin dayandırılmasınıda əlavə etmişdi.Sözsüz ki, bu qadağalar da  vətəndaşların virusa yoluxmasının qarşısını almağa hesablanmış bir məhdudiyyət idi.Nəhayət, aylardır vətəndaşların  həsrətlə gözlədiyi çimərliklərin fəaliyyətinəicazə verildi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklər fəaliyyətə başlayıb. Səhər saatlarından başlayaraq  BŞİH-nin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın  rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxış keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdehlər ayrılıb. Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb,həmçinin lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı  vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınmasını  kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq təmin edəcək.  Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

İctimai və özəl çimərliklərlə yanaşı Xəzər dənizinin nəzarətsiz ərazilərindəki çimərliklərdə ərazi üzrə kommunal xidmətlərin əməkdaşları tərəfindən mütəmadi olaraq təmizlənəcək.

Yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyəti BŞİH, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaq.

Paylaş

 Xəbəriniz olsun