Çimərlikdə nələrə diqqət edilməlidir ? – VİDEO

  • SpaceTV
  • 11 Avqust 2020 10:56

Xüsusi karantin rejimi növbəti dəfə yumuşaldıqdan sonra çimərliklər də yenidən insanların istifadəsinə verildi.  Space TV-nin məlumatına görə, 5 gündür ki, paytaxt sakinləri və qonaqları Xəzər sahillərində istirahət edə bilirlər. Minlərlə insan istirahət, yayın dadını çıxarmaq məqsədi ilə şəhərin müxtəlif ərazilərində yerləşən çimərliklərə üz tutur.

Amma bu istirahətin sonu hər kəs üçün xoş təəssüratla yadda qalmır.  Çimərliklər açılandan sonra ard-arda boğulma xəbərləri də gəldi. Sonuncu belə hadisə  Novxanıda baş verib. Belə ki, Novxanıda yerləşən istirahət mərkəzinin ərazisində çimərliklə bir qadın boğularaq ölüb.

Mütəxəssislər bildirir ki, əgər insanlar çimərliklərdə müəyyən olunan  davranış qaydalarına riayət etsələr hər hansı bədbəxt hadisə də baş verməz. Çimərkən mütləq diqqət edilməli olan məqam dənizdə təyin edilən məsafəni keçməməkdir. Bunun üçün müəyyən aralıqda xüsusi avadanlıqlar quraşdırılıb. Hava küləkli olduğu zaman da dənizə daxil olmaq qadağandır.

Ən əsas məqamlardan biri isə azyaşlılarla çimərlik ərazisinə gələn zaman maksimum ehtiyatlı olmaqdır. Azyaşlılar həm quruda, həm də suda təhlükə ilə üzləşə bilərlər.

Qeyd edək ki, ölümlə nəticələnən boğulmaların hamısı dənizin  nəzarətsiz hissələrində baş verib. Onu da deyək ki, çimərlik ərazisində səhər saat 9-dan 20:00-a qədər istirahət daha təhlükəsizdir.

Paylaş

 Xəbəriniz olsun