Çilidə fövqəladə vəziyyət elan edildi

  • SpaceTV
  • 19 Oktyabr 2019 10:43

Çili Prezidenti Sebastyan Pinyera ölkədə 15 gün müddətinə fövqəladə vəziyyət elan edib.

SPACE TV  “RİA Novosti”yə istinadən xəbər verir ki, buna paytaxt Santyaqoda metroda gediş haqlarının qaldırılmasından sonra baş vermiş iğtişaşlar səbəb olub.

Belə ki, metroda gediş haqlarının qaldırılmasına etiraz edən sakinlər metro stansiyalarının turniketlərini və şüşələrini sındırıblar. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, polis göz yaşardıcı qazdan istifadə etməklə zorakılıq törədənlərə müdaxilə edib. Baş verən iğtişaşlar zamanı 1 nəfər xəsarət alıb.

Prezident S. Pinyera tariflərin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.

Paylaş

 Xəbəriniz olsun