Çilidə 1 milyona yaxın adam etiraz aksiyalarına qoşuldu

  • Space TV
  • 26 Oktyabr 2019 11:00

Çilidə ötən həftə metroda gedişhaqqının artırılmasından sonra başlayan etiraz dalğası 7-cü günündə heç kimin təxmin etmədiyi kütlələri meydanlara çıxarıb.

SPACE TV  xarici KİV-ə istinadla xəbər verir ki, paytaxt Santyaqoda İtaliya meydanını dolduran 800 minə yaxın insan Sebastian Pineranın idarə etdiyi hökumətə, ölkədəki bahalılığa və səhiyyə xidmətlərinə qarşı şüarlar səsləndiriblər. Etirazçıların sayının yaxın zamanda 1 milyonu keçəcəyi ehtimal edilir.
İndiyə kimi aksiyalar zamanı 19 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb. 2 min 600-dən çox etirazçı isə polis tərəfindən saxlanılıb.
Auqusto Pinoçetin 1990-cı ildə hakimiyyətdən salınmasından sonar ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilib və təhlükəsizliyə ordu nəzarət edir (təbii fəlakətlər buraya daxil deyil).

Paylaş

 Xəbəriniz olsun