Cibgirlik etdi, keçmiş məhkum saxlanıldı

  • SpaceTV
  • 5 Oktyabr 2019 13:47

Surxanı Rayon Polis İdarəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının kemirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yanuş Miraşniçenko elə sərnişin avtobusunda oğurluq edən zaman iş başında saxlanılıb. Qeyd edək ki, həmin şəxs bir qadının çantasından pul oğurlayıb hadisə yerindən qaçmağa çalışıb. Bu zaman zərərçəkən hadisədən xəbər tutub və yaranan səs-küydən sonra hadisə yerinin yaxınlığında xidmət aparan polis əməkdaşları Yanuş Miraşniçenkonu saxlaya biliblər.

Faktla bağlı 31-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Suraxanı RPİ məlumat vermələri xahiş olunur.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun