Ceyrançöl qışlağında içki məclisində qan töküldü: Ölən var

  • Space TV
  • 8 Fevral 2021 10:56

Tovuzun Ceyrançöl qışlağında qətl hadisəsi baş verib. 

Hüquq-mühafizə orqanlarından Spacetv.az-a verilən məlumata görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elvin Submat oğluna ürəyindən bir bıçaq zərbəsi vurub. 

E.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Məlumatlara görə, hadisə içki məclisində yaranmış mübahisə nəticəsində baş verib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun