Ceyranbatan su anbarı necə çirkləndirilir?

  • SpaceTV
  • 13 Fevral 2020 16:23

Hektarlarla ərazisi olan Ceyranbatan su anbarı illərdir ki,  dörd bir yandan 2 qat çəpərlə, həmçinin gecə-gündüz müşahidə kameraları vasitəsi ilə qorunmaqdadır. Bəli bu yaxşı haldır, çünki  paytaxtın demək olar ki, 50-60 faiz əhalisinin  içməli suya olan tələbatı bu su anbarı vasitəsi ilə təmin edilir.Ancaq təssüfki, uzun müddətdir su anbarının iki addımlığına ərazidə olan yaşayış evlərinin kanalizasiya suları axıdılır.Necə?

Bəs həqiqətənmi paytaxt əhalisinin içdiyi suya çirkab sulari qarişir?

Xırdalan şəhərinin Heydər  Əliyev və Koroğlu küçələrinin kəsişməsindəki dairəvi yoldakı kanalizasiya quyuları yağışdan sonra bu ərazidə gölməçələr yaradır.Sakinlər deyirlər  ki, 1 ilə yaxındır  Xırdalan şəhərində yol və kanalizasiya xətlərində təmir və yenilənmə  işləri aparılır ki, elə həmin vaxtdanda bu ərazidə mövcud vəziyyət hökm sürür.

Maraqlıdır  hər kəsi narahat edən bu vəziyyət aidiyyatı qurumların gözündən uzun müddətdir necə yayınıb.Azərsu ASC –nin sözçüsü Anar Cəbrayıllı mövzu ilə bağlı bildirildi ki, həmin ərazidən axıdılan çirkab suları Ceyranbatan su anbarına  deyil ,ərzidəki su anbarından tam təcrid olunmuş digər gölə axıdılır.

Ceyranbatansu anbarının mühafizəsi hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidməti tərəfindən həyata keçirilir.Nazirlikdən  isə bildirildi ki, hər həftə anbarın suyundan  nümunə götürülərək labaratoriyada tərkibi öyrənilir.

Deməli  içdiyimiz su  aidiyyatı qurumlar tərəfindən  göz bəbəyi  kimi qorunur deyə bilərik. Təbii ki, bu qədər kimi çirkab sularının axıdıldığı gölməçədən su anbarına sızma olmayıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun