Ceyhun Bayramovun Tehran səfəri ilə bağlı AÇIQLAMA

  • Space TV
  • 8 Dekabr 2020 11:33

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasına səfər edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi  “Twitter” hesabında məlumat paylaşılıb.

“Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Ceyhun Bayramov səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək”, – deyə qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun