Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi

  • SpaceTV
  • 26 Sentyabr 2020 14:26

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov hərbi təyyarə qəzasında həyatını itirənlərlə bağlı Ukrayna dövlətinə başsağlığı verib.

Spacetv.az xəbər verir ki, bu barədə Bayramov “Twitter” səhifəsində yazıb.

“Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla bağlı dərin təəssüf hissi keçiririk. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzu edirik. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi bildiririk”, – deyə mətndə qeyd olunur.

Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həyatını itirib.

Paylaş

 Xəbəriniz olsun