Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib

  • Space TV
  • 10 Oktyabr 2020 15:51

“Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.

Spacetv.az-ın məlumatına görə, bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.

Paylaş

 Xəbəriniz olsun