Ceyhun Bayramov Mövlud Çavuşoğluya təşəkkür etdi

  • Space TV
  • 27 Yanvar 2021 14:51

27 yanvarda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.  

Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin Vətənə gətirildiyini qeyd edib.

O, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

Paylaş

 Xəbəriniz olsun