Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Türkiyədə yeni kəşf edilən təbii qaz yatağı ilə əlaqədar təbrik edib

  • Space TV
  • 22 Avqust 2020 14:23

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.

Spacetv.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov  həmkarı ilə söhbətində bu uğurun Türkiyə iqtisadiyyatının səmərəliliyinin artırılmasına böyük töhfə olacağına,  qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli təsir edəcəyinə, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətinin daha da artacağına əminliyini ifadə edib.

Paylaş

 Xəbəriniz olsun