Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb

  • Space TV
  • 9 Dekabr 2020 13:58

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Spacetv.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. 

İrana səfəri çərçivəsində C.Bayramov bu gün Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşəcək.

Paylaş

 Xəbəriniz olsun