Çexiya tibbi maska məcburiyyətini ləğv etdi

  • Space TV
  • 18 İyun 2020 16:29

Çexiyada koronavirus pandemiyasının yüksək yayıldığı bölgələr istisna olmaqla, tibbi maskaların məcburi istifadəsinə tətbiq edilən qadağa ləğv edilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex iyunun 18-də təşkil olunan mətbuat konfransında məlumat verib.

Səhiyyə naziri bildirib ki, ölkədəki qadağalar tövsiyə və lokal məhdudiyyətlərlə əvəz ediləcək.

Qeyd edək ki, Çexiyada 10 176 nəfər koronavirusa yoluxub.

333 nəfər pandemiyanın qurbanı olub, 7 401 nəfər sağalıb.

Paylaş

 Xəbəriniz olsun