Çexiya Futbol Assosiasiyasında əməliyyat: 19 nəfər saxlanıldı

  • SpaceTV
  • 16 Oktyabr 2020 15:58

Çexiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yerli futbol assosiasiyasının paytaxt Praqadakı qərargahında istintaq əməliyyatı keçirib.

Spacetv.az “denik.cz” saytına istinadən xəbər verir ki, idman matçlarının nəticəsinin manipulyasiyası və korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 20 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 19-u saxlanılıb.

Həmin şəxslərin arasında qurumun vitse-prezidenti Roman Berbr də var. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda şübhəli bilinir.

Paylaş

 Xəbəriniz olsun