Cerrard: “Torres ürəyimi sındırdı”

  • Space TV
  • 16 Fevral 2021 12:54

“Liverpul”un əfsanəvi futbolçusu, hazırda Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi Stiven Cerrard ispaniyalı hücumçu Fernando Torres barədə xatirələrini bölüşüb.

Məlumat “Liverpool Echo” dərgisində dərc edilib.

“Torresin getməsinə çox kədərlənmişdim. O anda rəqiblərlə aramızdakı xal fərqini aradan qaldırmaq və mübarizəni davam etdirmək üçün çox çalışmışdıq. Sürətlə irəlilədiyimizi hiss edirdik, amma sanki həlledici məqamda böyük bir oyunçu əlimizdən alındı. Bu boşluğu aradan qaldırmaq üçün zaman lazım idi”, – deyə 40 yaşlı S.Cerrard qeyd edib.

Onun sözlərinə görə, F. Torreslə oynayanda daha çox qol vururdu:

“O vaxt zirvədə idim və özümü çox güclü hiss edirdim. Başa düşürəm ki, hərənin fərqli planları var. İnsanların xəyalları və arzuları var. Bunu başa düşürəm və hörmət edirəm, amma yenə də kimsə gedəndə bunu qəbul etmək çətindir. Təəssüf ki, Torreslə mən kifayət qədər uzun müddət birlikdə oynamadıq. O, “Çelsi”yə getdi və ürəyimi sındırdı”.

Paylaş

 Xəbəriniz olsun