Çernobılda radiasiya 16 dəfə artdı, təyyarələr cəlb edildi – “Qonşu dövlətlərə yayıla bilər”

  • SpaceTV
  • 6 Aprel 2020 11:53

1986-cı ildə nüvə stansiyasının partladığı Ukraynanın Çernobıl şəhərində 2 gün əvvəl meşə yanğınları başlayıb.

SPACE TV xəbər verir ki, Ukrayna höküməti yanğını söndürmək üçün çalışmalara başlayıb. Ərazidə “AN-32P” təyyarəsinin və “Mİ-8” helikopterinin, 80 yanğınsöndürən maşının və 140 yanğınsöndürənin yanğını söndürməyə çalışdığı bildirilib.

Yanğın səbəbindən bu günə qədər 20 hektarlıq meşə sahəsiməhv olub. Çıxan yanğından sonra bölgədə yenidən radiasiya ölçülərkən artım müşahidə edilib. Mütəxəssislər ərazidə radiasiyanın 16 dəfə artdığını deyiblər. Yanğının hələ də davam etməsi səbəbindən radiasiyanın daha da arta biləcəyi, qonşu ölkələrə yayıla biləcəyi bildirilib.

Mənbə: The Guardian

Paylaş

 Xəbəriniz olsun