Cennifer Aniston və Bred Pitt bir layihədə iştirak edəcək

  • Space TV
  • 18 Avqust 2020 15:03

2005-ci ildə boşanmış Hollivudun məşhur aktyorları Bred Pitt və Cennifer Aniston yeni film layihəsində bir araya gələcək.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, eks-cütlük 1982-ci ildə çəkilmiş komediya filminin canlı yayımda səsləndirilməsində iştirak edəcəklər.

Hollivudun yeni layihəsində Culiya Roberts, Şon Penn, Metyu Makkonaxi kimi məşhur aktyorlar iştirak edəcək.

Paylaş

 Xəbəriniz olsun