Məşhur müğənni və aktrisa Cenifer Lopez ziyafətə 9 milyon dollarlıq zinət əşyası taxıb.
SPACE TV bildirir ki, Hollivud ulduzlarını bir araya gətirən SAG (Ekran aktyorları birliyinin mükafatı) mükafat gecəsi Los-Anclesdə keçirilib. Gecədə ən diqqət çəkən məşhur sima Cenifer Lopez olub. Beli açıq, qara uzun libas geyinən aktrisanın zinət əşyaları göz qamaşdırıb.
Aktrisanın brilliant dəsti ilə birlikdə geyiminin qiyməti 9 milyon dollar dəyərində olub.