Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

  • SpaceTV
  • 9 Noyabr 2019 13:01

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

SPACE TV bildirir ki, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium” nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə “Liverpul”udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Paylaş

 Xəbəriniz olsun