Çempionlar Liqasında ilk tura yekun vuruldu: Sürprizlər, darmadağınlar, xal itkiləri

  • Space TV
  • 22 Oktyabr 2020 10:13

UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

Spacetv.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında mübarizəyə start verilib.

A qrupunda “Zaltsburq” öz meydanında Rusiya təmsilçisi “Lokomotiv”lə xalları yarı bölüb – 2:2.

Yarışın son qalibi “Bavariya” bu mövsümə də iddialı başlayıb. Çempion “Atletiko”nu darmadağın edib – 4:0.

B qrupunda hər iki matçın nəticəsi gözlənilməz olub. “Real Madrid” İspaniyada Ukrayna “Şaxtyor”una 2:3 hesabı ilə uduzubsa, “İnter” İtaliyada Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasına məğlubiyyətdən son anda qurtulub – 2:2.

C qrupunda “Mançester Siti” İngiltərədə Portuqaliya “Portu”su üzərində inamlı qələbə qazanıb – 3:1. “Olimpiakos” isə Yunanıstanda Fransa “Marsel”inə minimal hesabla qalib gəlib – 1:0.

Nəhayət, D qrupunda “Ayaks” Niderlandda İngiltərə “Liverpul”una avtoqolla uduzub – 0:1. “Midtülland”ı isə Danimarkada İtaliya “Atalanta”sı darmadağın edib – 4:0.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

21 oktyabr

A qrupu

“Zalstburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:2

Qollar: Dominik Saboslai, 45. Zlatko Yunuzoviç, 50 – Eder, 19. Vitali Lisakoviç, 75

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) – 4:0

Qollar: Kinqsli Koman, 28; 72. Leon Qoretska, 41. Korenten Tolisso, 66

B qrupu

“Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:3

Qollar: Luka Modriç, 54. Junior Vinisius, 59 – Tete, 29. Rafael Varan, 33 (öz qapısına). Manor Solomon, 42

“İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 2:2

Qollar: Romelu Lukaku, 49; 90 – Rami Bensebaini, 63 (pen.). Yonas Hofmann, 84

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya) – 3:1

Qollar: Serxio Aqüero, 21 (pen.). İlkay Gündoğan, 65. Ferran Torres, 73 – Luis Dias, 14

“Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) – 1:0

Qol: Ahmed Hassan, 90+1

D qrupu

“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) – 0:1

Qol: Nikolas Talyafiko, 35 (öz qapısına)

“Midtüllann” (Danimarka) – “Atalanta” (İtaliya) – 0:4

Qollar: Duvan Zapata, 26. Alexandro Qomes, 36. Luis Muryel, 42. Aleksey Mirançuk, 89

Paylaş

 Xəbəriniz olsun