Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

  • Space TV
  • 25 Avqust 2020 15:58

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb. 

Spacetv.az-ın məlumatına görə, bu ada Almaniya “Bavariya”sının qapıçısı Manuel Noyer layiq görülüb 

34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları – Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu geridə qoyub.

Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən “Bavariya” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Paylaş

 Xəbəriniz olsun