Çempionlar Liqasında 1/4 finalın bütün cütlükləri müəyyənləşdi

  • SpaceTV
  • 9 Avqust 2020 10:07

Çempionlar Liqasında 1/4 final mərhələsində rəqiblərin kimliyinə aydınlıq gəlib.

Spacetv.az xəbər verir ki, Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq.

Görüşlər Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda “Böyük beşlik” ölkələrinin hamısı təmsil olunacaq. İspaniya, Almaniya və Fransanın iki, İtaliya və İngiltərənin isə bir komandası Portuqaliyaya yollanacaq.

Çempionlar Liqası

1/4 final

12 avqust

“Atalanta” (İtaliya) – PSJ (Fransa)

13 avqust

“Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)

14 avqust

“Barselona” (İspaniya) -“Bavariya”(Almaniya)

15 avqust

“Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)

Paylaş

 Xəbəriniz olsun