Çempionlar Liqası: Ronaldu rekorda yaxınlaşdı

  • Space TV
  • 5 Noyabr 2020 11:38

UEFA Çempionlar Liqasının E qrupunun III turunda Macarıstan “Ferentsvaroş”u ilə matç İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

Spacetv.az “OptaJoe”yə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.

35 yaşlı futbolçu hələlik bu göstəricidə İspaniya millisinin və “Real Madrid”in sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə Çempionlar Liqası həyəcanını yaşayıb.

Qeyd edək ki, “Ferentsvaroş” – “Yuventus” oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldu koronavirusa yoluxduğu üçün qrup mərhələsinin ilk 2 oyununda meydana çıxa bilməyib.

Paylaş

 Xəbəriniz olsun