Çempionlar Liqası: Pley-off cütləri müəyyənləşdi

  • Space TV
  • 17 Sentyabr 2020 10:02

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsi yekunlaşıb.

Spacetv.az xəbər verir ki, pley-offa yüksələn daha beş komanda məlum olub.

Bunlar “Omoniya” (Kipr), “Ferentsvaroş” (Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç) və “Midtüllan” (Danimarka) klublarıdır.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

“Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1 (penaltilərlə – 4:2)

Qollar: Mixael Lüftner, 31 – Mirko İvaniç, 45+1

“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:1

Qollar: Gergö Lovrençiç, 2, Mürto Uzuni, 65 – Amer Qoyak, 23

“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Brest, Belarus) – 1:0

Qol: Dan Biton, 50 (pen.)

“Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) – 0:0 (əlavə vaxt – 0:0, penaltilərlə – 5:6)

“Midtüllann” (Danimarka) – “Yanq Boyz” (İsveçrə) – 3:0 

Fabian Lustenberger, 51 (avtoqol), Anders Dreyer, 62, Aver Mabil, 84

Pley-off mərhələsinin cütlükləri

Çempionlar yolu

“Slaviya” (Çexiya) – “Midtülland” (Danimarka)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Zalsburq” (Avstriya)

“Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr)

“Molde” (Norveç) – “Ferensvaroş” (Macarıstan)

Liqa yolu

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

“Gent” (Belçika) – “Dinamo” (Ukrayna)

Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun