Çempionlar Liqası: İspaniya və Almaniya çempionatlarının liderləri mübarizəyə başlayır

  • SpaceTV
  • 23 Fevral 2021 11:01

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.

İspaniya La Liqasının lideri “Atletiko” “Çelsi”ni pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə qəbul edəcək.

Gecənin digər matçı İtaliyada olacaq. “Latsio” öz meydanında turnirin son qalibi, Almaniya Bundesliqasının lideri “Bayern”i sınağa çəkəcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

00:00 “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

00:00 “Latsio” (İtaliya) – “Bayern” (Almaniya)

Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində PSJ (Fransa) “Barselona”ya (İspaniya) 4:1, “Liverpul” (İngiltərə) “Leypsiq”ə 2:0, “Portu” (Portuqaliya) “Yuventus”a (İtaliya) 2:1, Dortmund “Borusiya”sı (Almaniya) isə “Sevilya”ya (İspaniya) 3:2 hesabı ilə qalib gəlib.

Paylaş

 Xəbəriniz olsun