Çempionlar Liqası: İlk 1/4 final mərhələsinin iştirakçıları bilinəcək

  • Space TV
  • 9 Mart 2021 10:58

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab görüşü keçiriləcək.

Qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq.

“Yuventus” martın 24-də Azərbaycan millisinin Portuqaliya ilə oynayacağı Turindəki “Alyans” stadionunda “Portu” üzərində minimum 1:0 hesablı qələbə qazanmağa çalışacaq. Çünki ilk oyunda 1:2 hesabı ilə uduzub.

Digər matç vaxtı ilə “Qarabağ” və “Qəbələ”nin oynadığı Almaniyanın Dortmund şəhərindəki “Siqnal İduna Park”da baş tutacaq. Burada “Borusiya” “Sevilya”nı qəbul edəcək. Türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi görüşdə meydan sahiblərini heç-heçə də növbəti mərhələyə çıxmaq üçün sərf edir.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi (cavab görüşləri)

9 mart

00:00 “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya)

İlk oyun – 1:2

00:00 “Borusiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya)

İlk oyun – 3:2

Qeyd edək ki, 1/8 final mərhələsinin daha iki cavab görüşü sabah, qalan dörd matçı isə martın 16-17-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun