Çempionlar Liqası həyəcanı başlayır: “Barselona” ötən ilin finalçısına qarşı – AFİŞA

  • Space TV
  • 16 Fevral 2021 10:30

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

İlk oyunlar çərçivəsində iki matç keçiriləcək. Oyunlar Macarıstan və İspaniyada baş tutacaq.

Təbii ki, günün ən çox maraqla gözlənilən matçı Kataloniyada keçiriləcək. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni qəbul edəcək.

Almaniya çempionatının ikincisi “Leypsiq”lə İngiltərə Premyer Liqasında eniş yaşayan “Liverpul”un matçı pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 
00:00 “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
00:00 “Barselona” (İspaniya) – PSJ (Fransa)

Qeyd edək ki, 1/8 finalın növbəti iki oyunu sabah keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun