Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu açıqlandı

  • Space TV
  • 21 Avqust 2020 15:15

UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

Spacetv.az-ın məlumatına görə, bu ada Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb. 

22 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və “Bavariya” üz-üzə gələcək. 

Paylaş

 Xəbəriniz olsun