“Çelsi”nin soyunub-geyinmə otağında yumruq davası

  • SpaceTV
  • 11 Yanvar 2020 10:56

Londonun “Çelsi” klubunun sabiq kapitanı Con Terri 2014-2015-ci il mövsümündə klubun soyunub-geyinmə otağında yaşanan xatirələrindən birinin kadrlarını paylaşıb.

Müdafiəçinin “Instagram” hesabında yerləşdirdiyi videoda hücumçu Diyeqo Kostanın klubun masajçısı ilə boks döyüşü əks olunub.

Xatırladaq ki, İngiltərə yığması və “Çelsi” klubunun əfsanəvi futbolçusu Con Terri idmançı karyerasını 2018-ci ildə başa vurub.

Paylaş

 Xəbəriniz olsun