“Çelsi” PSJ-nin kapitanını transfer etdi – FOTO

  • Space TV
  • 28 Avqust 2020 16:00

İngiltərənin “Çelsi” klubu daha bir ulduz futbolçu ilə heyətini gücləndirib.

Spacetv.az-ın məlumatına görə, “Çelsi”nin rəsmi saytı xəbər verir ki, Fransanın PSJ klubunun braziliyalı mərkəz müdafiəçisi və kapitanı Tyaqo Silva transfer olunub.

Braziliya millisinin 35 yaşlı futbolçusu bu gün Londona gəlib. Onunla bir illik müqavilə bağlanılıb.

Qeyd edək ki, “Çelsi” daha əvvəl “Leypsiq”dən Timo Verner, “Lester”dən Ben Çilvel və “Ayaks”dan Hakim Ziyeşi transfer edib.

Paylaş

 Xəbəriniz olsun