“Çelsi” Eden Azarı satdığının yarı qiymətinə qaytarmaq istəyir

  • Space TV
  • 5 Fevral 2021 13:39

“Çelsi” klubu Eden Azarın Madrid “Real”ından qayıtması ehtimalını nəzərdən keçirir.

Bu barədə “Defensa Central” məlumat yayıb.

“Çelsi” belçikalı futbolçunu əhəmiyyətli dərəcədə endirimlə almaq niyyətindədir. London klubu 40-50 milyon avroya Eden Azarı qaytarmağa ümid edir.

Xatırladaq ki, Eden Azar Madrid “Real”ına “Çelsi”dən 2019-cu ilin yayında transfer edilib. Transferin dəyəri 100 milyon avro olub.

Paylaş

 Xəbəriniz olsun