Ceff Bezos “Amazon”dakı vəzifəsindən istefa verəcək

  • Space TV
  • 3 Fevral 2021 10:34

Dünya nəhənglərindən olan “Amazon”un qurucusu Ceff Bezos 2021-ci ilin üçüncü rübündə şirkətdəki CEO vəzifəsindən istefa verəcək.

Bu barədə CNBC xəbər yayır.

Şirkətin yeni rəhbəri indi “Amazon Web Services”in rəhbəri Endi Yassi olacaq.

Bezos idarə heyətinin icraçı sədri vəzifəsini yerinə yetirəcək.

“Sədr olaraq diqqətimi yeni məhsullara yönəltmək niyyətindəyəm. Endi şirkət daxilində yaxşı tanınıb və “Amazon”da demək olar ki, mənim qədər işləyib. Görkəmli lider olacaq və ona tam güvənirəm”, – deyə Bezosun şirkət işçilərinə yazdığı məktubda qeyd olunur.

O, “Bezos Earth Fund” xeyriyyə fonduna, “Blue Origin” aerokosmik şirkətinə, “Washington Post qəzeti” və “Amazon Day 1 Fund”a daha çox vaxt ayırmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, Bezos 1994-cü ilin iyulunda “Amazon”u qurulduğu gündən bəri onu idarə edir.

Yassi 1997-ci ildə “Amazon”un heyətinə qoşulub və o zamandan “Amazon Web Services”ə rəhbərlik edib.

Paylaş

 Xəbəriniz olsun