Çaylarda sular qeybə çəkilib

  • SpaceTV
  • 31 Avqust 2019 14:30

Bu il havaların isti keçməsi,bir çox problemlər yaradıb.Quraqlıq səbəbi ilə bölgədə dağ çaylarının suyu qeybə çəkilib.Mütəxəssizlər son illərdə çayların tez-tez qurumasının şahidi olduqlarını söyləyirlər.Ancaq növbəti günlərdə yağışın yağacağı proqnozu verilib…

Çaylarda sululuğun azalmasının səbəbləri yayda az yağan yağışla yanaşı,qışda yağmayan qarla da əlaqəlidir.

Şimal-Qərb bölgəsində olan dağ çayları, əsasən gursulu olan çaylardır.Ancaq müşahidələrimizi apardığımız daşqınları ilə tanınan çaylarda gursululuqdan əsər-əlamət görmədik.

Mütəxəssizlər belə quraq havaların artıq sona çatdığını və yağışlı günlərin başlayacağını bildiriblər.

Qeyd edək ki,çaylarda sululuğun azalması, bölgədə suvarma suyunda və içməli suda da problemlər yaradıb.

İlkin Piranov Space-Şəki

Paylaş

 Xəbəriniz olsun