Çayda köməksiz qalan şəxs xilas edilib

  • Space TV
  • 24 Avqust 2020 14:24

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Spacetv.az-ın məlumatına görə, ötən gecə Balakən ərazisinə 45 mm yağış yağıb və nəticədə Balakənçayda sel yaranıb. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olan məlumat əsasındaFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib. Hazırda Şimal-qərb bölgəsində yağış yağmaqda davam edir. Yağan yağış nəticəsində çaylarda sululuq artıb.

İlkin Piranov, Balakən

Paylaş

 Xəbəriniz olsun