Çay yığımına başlanılıb

  • SpaceTV
  • 2 Oktyabr 2019 19:16

Bu il havaların yay mövsümündə bir xeyli quraq keçməsinə baxmayaraq Lənkəranlı fermerlərin aqrotexniki qulluq və yığım qaydalarına düzgün riayət etməsi nəticəsində məhsuldarlıq ötən illərə nisbətən daha çox olub. Əksəriyyəti cavan kollardan ibarət  olan sahələrin hər hektarından orta hesabla 2- 2,5  tona qədər məhsul əldə edilir. Hər il sonuncu yığım sentyabrın əvvəllərində aparılardı. Bu mövsüm həmin dövrdə günlərlə davam edən intensiv yağışlar  səbəbindən yığım 10-15 gün gecikib. Buna baxmayaraq yağıntı çay yarpaqlarının inkişafına müsbət təsir göstərib.

Çayçılığın inkişaf etdirilməsinə dair Dövlət Proqramının təsdiq edilməsi, dövlətin dəstəyi fermerləri daha da həvəsləndirib. Təsərrüfat sahibi növbəti illərdə  ərazidə pay torpaqlarını icarəyə götürüb təsəsrrüfatını  daha da   genişləndirməyi düşünür. Təsərrüfatlarda onlarla yerli sakin çalışır.  

Tədarük olunan yaşıl çay yarpağı çay emalı müəssisələrinə təhvil verilir. Sonuncu yığımdan 1 ay sonra cərgələrarası şumlama,  fevral ayında isə budama aparılacaq. Ümumilkdə Lənkəranda 630 hektar çay sahəsi mövcuddur. Bugünədək  210 ton yaşıl çay yarpağı emal müəssisələrinə təhvil verilib.

RÖVŞƏN ALMAZOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun