Çay evləri bağlandı

  • SpaceTV
  • 11 Avqust 2020 17:33

Saatlı rayon hüquq-mühafizə orqanları və gigiena – epidemiologiya mərkəzi tərəfindən rayon ərazisində növbəti dəfə monitorinq keçirilib. Space TV-nin məlumatına görə, əsasən sakinlərin sıx toplaşdığı kafe və çay evlərinə, o cümlədən marketlərə baxış keçirilib. Bununla yanaşı rayon ərazisində yerləşən banklarda da monitorinqlər aparılıb. Müşahidələr zamanı şəhər ərazisində fəaliyyət göstərən 2 çay evində karantin qaydalarının pozulduğu aşkar edilib. Həmin kafelerin sahibləri cərimə olunmaqla bərabər obyektləri də bağlanıb. Bundan başqa müşahidələr zamanı qəssabxanaların birində də  karantin qaydalarına riayət olunmadığı məlum olub. Həmin qəssabxana sahibi qanunvericiliyin müvafiq maddəsinə uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, Saatlı rayonunda ötən gün daha bir kafe karantin qaydalaına riayət etmədiyi  üçün bağlanılıb.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu. Space. Saatlı

Paylaş

 Xəbəriniz olsun