Çay evində qətl

  • SpaceTV
  • 18 Oktyabr 2019 19:31

Hadisə təxminən saat saat 20 radələrində baş verib. 22 yaşlı Cövdət Abbasovla 61 yaşlı Sabir Ələkbərov arasında çay evində mübahisə yaranıb.Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.Bundan sonra Cövdət Abbasov Sabir Ələkbərovun baş nahiyyəsinə çaydanla bir neçə zərbə endirib. Sabir Ələkbərov aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. Cövdət Abbasov şübhəli şəxs qismində saxlanılıb.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun