Çavuşoğludan Azərbaycan dilində bayram təbriki

  • SpaceTV
  • 28 May 2020 16:13

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib.

SPACE TV-ın məlumatına görə, qardaş ölkənin XİN rəhbəri Azərbaycan dilində yazdığı təbrik mesajını özünün “Twitter” hesabından paylaşıb.

“İki dövlət, bir millət, tək ürəyik” deyən M.Çavuşoğlu təbrikini belə davam edib: 

“Can Azərbaycanın 102-ci Respublika Günü mübarək olsun. Dost və qardaş Azərbaycan xalqını sevgi ilə salamlayıram. Sən yaşa Azərbaycan!”

Paylaş

 Xəbəriniz olsun