Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər

  • SpaceTV
  • 14 Fevral 2020 12:22

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

SPACE TV  xəbər verir ki, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.

Paylaş

 Xəbəriniz olsun