Çavuşoğlu: “S-400-lərimiz hələ aktiv edilməyib”

  • Space TV
  • 17 Sentyabr 2020 14:29

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksləri hələ döyüş növbətçiliyinə qəbul edilməyib.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı danışıb.

“S-400-lər hələlik aktiv deyil. Bizim əsgərlərimiz aktivləşdirmək üçün nə etmək lazım olduğunu bilir. Biz bu sistemi aldıq, çünki bizə təcili lazım idi”, – deyə M.Çavuşoğlu qeyd edib.

Paylaş

 Xəbəriniz olsun